Ukrayna münaqişəyə son qoymaq üçün NATO və Avropa İttifaqına (Aİ) daxil olmaq planlarından əl çəkməlidir.

Tezadlar.az xəbər verir ki, bunu Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Hrupalla ARD telekanalı ilə söhbətində deyib.

Hrupalla çıxışı zamanı Vladimir Zelenskinin Rusiya ilə kompromisin mümkünsüzlüyü barədə bəyanatını tənqid edib. Onun fikrincə, Ukrayna lideri Moskva ilə razılaşmağa belə cəhd etməyib.

AfD lideri Moskva ilə Kiyev arasındakı münaqişənin diplomatik üsullarla həll edilməli olduğunu da vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN