Rusiya Hava Hücumundan Müdafiə sistemləri Həştərxan vilayəti üzərində üç, Belqorod vilayəti üzərində isə bir Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 9-da, Moskva vaxtı ilə saat 10:30-da Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Həştərxan vilayəti ərazisi üzərində Ukraynanın üç pilotsuz uçuş aparatını və Belqorod vilayəti ərazisi üzərində bir PUA-nı məhv edib”, - məlumatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN