Dağıstanın Dərbənd rayonunda sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Tezadlar.az xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, iyulun 11-də Qafqaz federal magistralının 950-ci km-də Dərbənd rayonunun Bəlici kəndi yaxınlığında sərnişin mikroavtobusu və minik avtomobilinin iştirakı ilə qəza baş verib.

Daxili İşlər Nazirliyinin rayon üzrə mətbuat xidmətinin rəhbəri Qayana Qariyeva bildirib ki, toqquşmadan sonra xəstəxanaya yerləşdirilən 5 yaşlı uşaq orada ölüb.

Regional Səhiyyə Nazirliyindən verilən məlumata görə, toqquşmadan sonra 17 nəfər xəstəxanaya yerləşdirilib: 14 böyük və 3 uşaq. Bundan əvvəl Dərbəndin mərkəzi şəhər xəstəxanası 15 nəfərin xəsarət aldığını bildirmişdi. Onlar qeyd ediblər ki, bir qadın reanimasiyada ağır vəziyyətdədir.

Qəza saat 13:00 radələrində baş verib. “LADA Priora” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə çıxıb və “Qazel” markalı minik avtomobili ilə toqquşub. Qəza ilə bağlı prokurorluq araşdırma təşkil edib.

Məlumata görə, həmin gün Dərbənd rayonunun Kala qəsəbəsi yaxınlığındakı bu federal magistralda yük maşınının iştirakı ilə daha bir qəza baş verib. İlkin məlumata görə, ölənlər var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN