ABŞ prezidenti Co Bayden deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Moskva da daxil olmaqla Rusiyanın dərinliklərinə hipotetik zərbələr endirməsi heç bir məna kəsb etmir.

Amerika lideri Kiyevin Rusiya ərazisinə Amerika silahları ilə zərbə endirməsinə icazə verməyə hazır olub-olmadığı sualına belə cavab verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Eyni zamanda Amerika lideri əlavə edib ki, Ukrayna ABŞ-ın ona verdiyi silahları optimal şəkildə idarə etməlidir.

Həmçinin, Baydenə görə, Ukrayna Silahlı Qüvvələrinin Amerika silahları ilə “Rusiya daxilində sərhəd yaxınlığında” zərbələr endirmək imkanı ABŞ-ın qısamüddətli “icazəsidir”.

Xatırladaq ki, bundan əvvəl Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Ukrayna ilə Rusiyanın dərinliklərində Amerika silahları ilə zərbələrə dair məhdudiyyətləri müzakirə etməyə davam etdiyini, lakin “heç bir yerə zərbə endirmək” icazəsindən söhbət getmədiyini bildirmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN