Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstan hakimiyyəti ABŞ-a münasibətlərin bərpasını təklif edib.

“Biz amerikalı tərəfdaşlarımıza fərqli bir gündəm təklif etmək istəyirik ki, bu da sıfırlama deməkdir. Son üç-dörd il ərzində bu münasibətdə nə qədər səhv getdiyini bilirsiniz”, - o deyib.

Kobaxidzenin fikrincə, münasibətləri bərpa etmək üçün ilk növbədə ədalətli yanaşma lazımdır. Gürcüstan bunun üçün lazım olan maksimum sayda addımı atacaq. Əsas odur ki, Amerika hakimiyyətinin nümayəndələri də belə addımlar atsınlar.

Kobaxidze çıxışı zamanı hakim “Gürcü arzusu” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sui-qəsd cəhdini ABŞ-ın keçmiş prezidenti Donald Trampın güllələnməsi ilə də əlaqələndirib. Onun sözlərinə görə, bu hücumların arxasında adı açıqlanmayan qlobal siyasi qüvvələr dayanır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN