İyulun 28-də saat 15 radələrində Ucar rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Ucar Rayon Prokurorluğundan məlumat verilib. Araşdırmalarla 1979-cu il təvəllüdlü Kamil Qarayevin arvadı Rəvanə İsmayılovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

Bu gün saat 15 radələrində Ucar rayonunun Qazyan kənd sakini, 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovaya kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən R.İsmayılovanın həyat yoldaşı, 1979-cu il təvəllüdlü Kamil Qarayev saxlanılıb.

Araşdırmalar aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN