Hollandiyada parlament seçkilərində qalib gələn ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Vilders Türkiyənin NATO-dan çıxarılmasını istəyib.

Tezadlar.az xəbər verir ki, müvafiq yazı siyasətçinin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Ərdoğan İsraili işğal etməklə hədələyir”, - deyə siyasətçi bildirib. Vilders əlavə edib ki, “Türkiyənin NATO-dan çıxarılması lazımdır”.

Qeyd edək ki, iyulun 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı ilə əlaqədar Ankaranın İsrailə qoşun yeridə biləcəyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN