Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən Muğam Mərkəzinin binasında “Teatr-tamaşa müəssisələrində mümkün yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

FHN-in Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd Sumqayıt şəhəri ərazisində yerləşən teatr-tamaşa müəssisələrinə məxsus binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri obyektin aidiyyəti əməkdaşları ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.

Təlim başa çatdıqdan sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə ümumilikdə FHN-in 7 ədəd texnikası və 32 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN