Araşdırma jurnalistikası ilə məşğul olan media nümayəndələri xarici agentlər haqqında qanuna qarşı Gürcüstan Konstitusiya Məhkəməsində iddia qaldırıblar.

Tezadlar.az bildirir ki, bu barədə iddianın müəlliflərindən biri Gela Mtivlişvili məlumat verib.

“Bu qanun (xarici agentlər haqqında – RED.) jurnalistika üçün ekzistensial təhlükə yaradır. Biz bu “Rusiya qanunu”nun bir sıra maddələrinin ləğv edilməsini tələb edirik, lakin Konstitusiya Məhkəməsi bununla bağlı yekun qərar verənə qədər  biz ondan bir sıra maddələrin dayandırılmasını tələb edirik”, - Mtivlişvili jurnalistlərə bildirib.

Jurnalistlərin Konstitusiya Məhkəməsində xarici agentlər haqqında qanuna qarşı qaldırdıqları iddia sayca dördüncüdür. 2024-cü ilin iyulunda Gürcüstan parlamentinin müxalifət üzvləri, Gürcüstan prezidenti Salome Zurabişvili və 100-dən çox gürcü QHT-si də xarici agentlər haqqında qanuna qarşı Konstitusiya Məhkəməsində üç iddia qaldırıb.

Qanun maliyyəsinin 20%-dən çoxu xaricdən gələn qeyri-hökumət təşkilatlarına və mediaya şamil olunacaq. Onlardan hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etmələri tələb olunacaq. Bu öhdəliyi yerinə yetirməsələr, onları 25 min lari (9,2 min dollardan çox) məbləğində cərimə gözləyir. Cərimədən sonra bəyannamə təqdim edilməzsə, gecikdirilən hər ay üçün 20 min lari (7,3 min dollardan çox) tutulacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN