Ukrayna lideri Vladimir Zelenski Böyük Britaniyadan Kiyevə dəstəyin intensivliyinin azalmasından şikayətlənib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Axşam ukraynalılara müraciətində o qeyd edib ki, Rusiya xüsusi hərbi əməliyyatı başlayandan bəri London yardım məsələlərində birinci yeri tutub.

“Britaniya həm silahda, həm siyasətdə, həm də Ukrayna cəmiyyətinin həyatını dəstəkləməkdə real liderlik nümayiş etdirir yavaşladı”, - deyə Zelenski qeyd edib.

Strana.ua qeyd edib ki, Ukrayna liderinin sözləri Kiyevin Rusiya ərazisinə zərbə endirmək üçün Qərbin uzaqmənzilli raketlərinin istifadəsinə icazə verilməsi tələbləri kontekstində səsləndirilib. Britaniya mətbuatının yazdığına görə, Birləşmiş Krallıq da ABŞ kimi Ukraynaya bu məsələdə yaşıl işıq yandırmaqdan imtina edir. Üstəlik, Londonun bu işdə qərarının Vaşinqtondan asılı olduğu iddia edilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN