Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, General Şıxlınski və Yasamal rayonu, Məhəmməd Xiyabani küçələrində doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

FHN Mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki,  məlumatla əlaqədar dərhal əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 3 nəfər xilas edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN