Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kursk vilayəti üzrə Baş İdarəsi regionun müəyyən ərazilərinin sakinlərinin təxliyəsi ilə bağlı yanlış məlumatların yer aldığı saxta məktublar barədə məlumat yayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə idarənin Telegram-kanalında deyilir.

“Saxta e-poçt ünvanları xidmətlərə və idarələrə dezinformasiya ilə mesajlar göndərməkdə davam edir. Rusiya Fövqəladə Hallar Nazirliyinin Kursk vilayəti üzrə Baş İdarəsinin bütün əlaqələri və hesabları rəsmi internet saytında verilmişdir: https://46.mchs. gov.ru ayıq olun və informasiya gigiyenasına riayət edin”, - məlumatda deyilir.

Məlumata Fövqəladə Hallar Nazirliyinin Kursk vilayəti üzrə Baş İdarəsi adından tərtib edildiyi iddia edilən mülki müdafiə siqnalı üzrə əhalinin hərəkət etməsi qaydası haqqında 19 avqust tarixli bu məktublardan birinin skrinşotunu əlavə edilib.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN