İran HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni öldürən İsrailə cavab verməyə tələsmir və cavabını lazımi ana qədər təxirə sala bilər.

Tezadlar.az xəbər verir ki, bu sözləri brifinqdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi general-mayor Əli Məhəmməd Naeini deyib.

IRIB telekanalının sitat gətirdiyi yüksək rütbəli İran hərbi zabiti "Zaman bizim tərəfimizdədir və cavab gözləmə müddəti uzun ola bilər" deyib.

Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei demişdi ki, Tehran Haniyənin qətlinə görə İsrailə qarşı intiqamı mütləq təmin edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN