Hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində iki Ukrayna təyyarəsi tipli pilotsuz təyyarəni məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 21-də Moskva vaxtı ilə saat 09:40 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin üzərində Ukraynanın iki pilotsuz uçuş aparatını məhv edib”, - məlumatda bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN