Rusiya hava hücumundan müdafiə sistemləri Kursk bölgəsi səmasında Ukraynaya məxsus daha iki raketi vurub.

Tezadlar.az bildirir ki, bu barədə qubernator vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.

“Bu səhər Kursk vilayətinin səmasında daha 2 Ukrayna raketi məhv edilib. Hava hücumundan müdafiə qırıcılarına və sərhəd müdafiəçilərinə təşəkkürlər”, - o, Telegram kanalında yazıb.

Daha əvvəl Smirnov bildirmişdi ki, gecə saatlarında hava hücumundan müdafiə qüvvələri bölgə üzərində iki raket və iki pilotsuz təyyarə vurub. Günün əvvəlindən beş dəfə Kursk vilayətinin ərazisinə raket zərbəsi endirilməsi təhlükəsi elan edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN