Gürcüstanda onlayn kazinolara xidmət göstərən “Evolution” şirkətinin əməkdaşları etiraz edərək aclıq aksiyasına başlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

“Evolution”-da işləyən gürcü tələbələr Tbilisidə bir aydan çoxdur tətil edirlər.

“Onlar hakimiyyəti dərhal prosesə cəlb etməyə çağırırlar, çünki onların fikrincə, Gürcüstanda 19-20 yaşlı insanlar layiqli iş şəraiti naminə aclıq çəkirlər”, - nəşr yazır.

Aksiya iştirakçılarının tələbləri təhlükəsiz və rahat iş şəraitinin yaradılması, iş yerlərində sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması və sığorta ödənişlərinin artırılmasıdır.

Gürcüstanın Ombudsmanı Levan İoseliani “Evolution Georgia”-nın tətil edən əməkdaşları ilə görüşüb, işçilər ona iş şəraiti və etiraz tələblərini təqdim ediblər.

Bundan əvvəl Gürcüstanın hakim partiyası xarici dövlətləri ölkənin daxili işlərinə qarışmamağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN