Kursk Atom Elektrik Stansiyası (KAES) normal rejimdə işləyir, radiasiya fonu təbii dəyərlər daxilində sabitdir.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a “Rosenergoatom” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Daha əvvəl hüquq-mühafizə orqanları bildiriblər ki, Kursk Atom Elektrik Stansiyasının yaxınlığında elektron müharibə avadanlığı ilə vurulmuş Ukraynaya məxsus kamikadze pilotsuz uçan aparat istifadə olunmuş nüvə yanacağı anbarından bir qədər aralıda aşkar edilib.

"Moskva vaxtı ilə saat 09:00-a olan məlumata görə, Kursk AES normal rejimdə işləyir. 3-cü və 4-cü enerji blokları dispetçer qrafiki ilə müəyyən edilmiş gücdə (925 MVt, 490 MVt) işləyir. 1-ci və 2-ci bloklar generasiyasız iş rejimində radiasiya fonu təbii dəyərlər həddindədir”, - deyə mətbuat xidmətindən bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN