Amerika Birləşmiş Ştatlarının öz F-16 qırıcılarını yaxın gələcəkdə Ukraynaya təhvil vermək planları yoxdur.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri naziri Frenk Kendall Helsingin Sanomat qəzetinə müsahibəsində bildirib.

"Belə bir şeydən xəbərim yoxdur. Amma bu ideyadan söhbət gedə bilməz", - Kendall deyib. Onun sözlərinə görə, Ukraynanın təcili ehtiyacları Danimarka və Hollandiya kimi NATO ölkələrinin cari yardımı hesabına ödəniləcək.

“Birləşmiş Ştatlar partnyorlarımızla birlikdə pilotların hazırlanmasına kömək edir və gələn il ərzində təlimlərdə mühüm irəliləyiş əldə olunacaq”, - Kendall bildirib.

Qəzet yazır ki, Kendall və onun ofisinin 10 üzvü Baltik dənizi regionunda NATO ölkələrinə səfəri çərçivəsində Finlandiyadan iki günlük səfərdə olublar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN