Rusiya silahlı qüvvələri Kursk vilayətinin sərhəd bölgəsində 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin 360-dan çox hərbçisini məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 360-dan çox hərbi qulluqçu və 29 zirehli texnika, o cümlədən iki tank, üç piyada döyüş maşını, iki zirehli transportyor, 22 zirehli döyüş maşını, həmçinin iki artilleriya qurğusu, 12 maşın, Bukovel-AD elektron döyüş stansiyası və əks-akkumulyator radar stansiyası olub”, - məlumatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN