Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə İsrail İrandan mütləq cavab alacaq.

Tezadlar.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığında bildirib.

“İran İslam Respublikasının sionist rejimin (İsrail nəzərdə tutulur – RED.) Tehrandakı terror aktına cavabı labüd, dəqiq və düşünülmüş olacaq, sionist rejimdən fərqli olaraq, İran İslam Respublikası gərginliyi artırmağa çalışmır, baxmayaraq ki, bundan qorxmur”, - deyə Əraqçi Xarici İşlər Nazirliyinin bəyanatında deyib.

Tajani öz növbəsində bütün tərəflərdən təmkinli olmağı tələb edib və Yaxın Şərqdə artan qeyri-sabitlikdən narahatlığını bildirib.

İyulun 31-də HƏMAS bəyan edib ki, Haniyə İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. İran İslam İnqilabı Keşikçiləri Korpusu, Haniyənin təxminən 7 kq ağırlığında döyüş başlığı olan qısa mənzilli mərmi partlaması nəticəsində öldürüldüyünü, qətlinin ABŞ-ın dəstəyi ilə İsrail tərəfindən təşkil edildiyini bildirib. İranın ali dini lideri Ayətullah Əli Xamenei İsraili fələstinli siyasətçinin qətlinə görə ağır cəza gözləyəcəyi ilə bağlı xəbərdarlıq edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN