Moldova Prezidenti Maia Sandu COVID-19-a yoluxub və Müstəqillik Günü üçün planlaşdırılan tədbirlərdə iştirak edə bilməyəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Sputnik Moldova” Telegram kanalında məlumat yayıb.

Sandu Facebook-da videomüraciətində başqalarını təhlükəyə atmamaq üçün təcriddə qalacağını bildirib.

Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, ötən həftə Moldovada COVID-19-a yoluxanların sayı əvvəlki həftə ilə müqayisədə 60% artaraq 2213 nəfər təşkil edib.

Avqustun 27-də Moldova Müstəqillik Gününü qeyd edir. Bu il üç gün ardıcıl olaraq qeyd olunacaq.

İyunun 7-də Qaqauziyanın muxtar ərazi qurumunun rəhbəri Yevgeniya Qutsul xəbərdarlıq edib ki, ölkə Rumıniya ilə birləşərsə, Moldova vətəndaşları üsyana başlaya bilərlər. Onun sözlərinə görə, Moldova Rumıniyadan əvvəl yarandığından insanlar hakimiyyətin müvafiq qərarı ilə razılaşmayacaqlar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN