Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi Kurçatov şəhərinə gəlib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.

Qrossi daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri səbəbindən Kursk AES-in zədələnməsi riskini çox ciddi adlandırmışdı. O, rəhbərliyi ilə danışmaq və ona qarşı hücumların olub-olmadığını müəyyən etmək üçün stansiyaya baş çəkməyi planlaşdırdığını açıqlayıb. BAEA AES yaxınlığında hərbi fəaliyyətin nüvə və fiziki təhlükəsizlik üçün ciddi risk yaratdığını bəyan edib. Kursk AES-ə səfər vəziyyətin müstəqil qiymətləndirilməsi üçün vaxtında çıxış təmin edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN