Avqustun 27-də günortadan sonra Ukraynada elektrik enerjisinin verilişində yenidən fövqəladə fasilələr yaranıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” Ukrayna Telegram kanallarına istinadən məlumat yayıb.

Enerji sistemindəki nasazlıqlar səbəbindən elektrik enerjisinin fövqəladə kəsilməsi ilə bağlı sifariş “Ukrenerqo”dan gəlib. Tədbirlər Kiyevə, eləcə də Kiyev, Dnepropetrovsk və Odessa vilayətlərinə təsir edib.

Bundan əvvəl Ukraynanın energetika naziri German Qaluşenko bildirmişdi ki, qarşıdan gələn qış ölkə tarixində ən çətin qış olacaq. O vurğulayıb ki, enerji sisteminin bərpası və əlavə generasiya yaradılması üçün vaxt lazımdır.

“Ukrenerqo” xəbərdarlıq edib ki, ölkədə elektrik enerjisinin kəsilməsi təkcə yayda deyil, qışda da aparılacaq. Qaluşenko bəyan edib ki, Ukrayna böhranı fonunda qiymətlərin kəskin sıçrayışına görə “gözlənilməz mənfəət” əldə edən iri beynəlxalq enerji şirkətləri Ukraynaya kömək edə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN