Moskva vilayətindən olan şəxs Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Belqorod vilayətində təxribat törətməyə hazırlaşarkən saxlanılıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a FTX-nin regional idarəsindən məlumat verilib.

“Rusiya FTX-nin Belqorod vilayəti üzrə İdarəsi Belqorod vilayətində təxribat törətməyə hazırlaşarkən cinayət başında saxlanılan Rusiya vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti izah edib ki, Moskva vilayətindən olan şəxs Telegram vasitəsilə özünü Rusiyada terror təşkilatı kimi tanınan Ukrayna hərbiləşdirilmiş birliyinin üzvü kimi təqdim edən Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə məxfi əməkdaşlıq edib və onun göstərişi ilə qeyri-qanuni olaraq Belqorod vilayətinin ərazisində təxribat törətmək üçün nəqliyyat infrastrukturu obyektinin altına partlayıcı qurğu yerləşdirib.

Şübhəli şəxs barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (Rusiya Federasiyasının təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətdə xarici dövlətə digər yardım şəklində dövlətə xəyanət) və 205.5-ci maddəsinin 2-ci hissəsi ilə (Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq terrorçu kimi tanınan təşkilatın fəaliyyətində iştirak) cinayət işi başlanıb.

“Maddələrin sanksiyaları ömürlük həbs cəzasını nəzərdə tutur, əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam edir”, - deyə FTX-nin regional idarəsindən bildiriblər.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN