Rusiya təhlükəsizlik qüvvələri Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popovu saxlayıb.

Tezadlar.az bildirir ki, bu barədə avqustun 29-da Rusiya İstintaq Komitəsinin (RİK) rəsmi nümayəndəsi Svetlana Petrenko Lenta.ru-ya məlumat verib.

Agentliyin məlumatına görə, ehtiyatda olan ordu generalı Pavel Popov 2021-2024-cü illərdə Popovun nəzarətində olan “Patriot” parkının saxlanması və istismarı ilə bağlı dələduzluq işi üzrə saxlanılıb. İstintaq hesab edir ki, saxlanılan yüksək rütbəli hərbçinin şərikləri parkın direktoru Vyaçeslav Əhmədov və Rusiya Federasiyası Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini Vladimir Şesterovdur.

Avqustun 11-də müstəntiqlərin korrupsiya işlərində həbs olunan Müdafiə Nazirliyinin generallarının əmlakının axtarışına başladığı bildirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN