Ukrayna Silahlı Qüvvələrinin Uqledar qrupunun tədarük edildiyi Velikaya Novoselka - Uqledar magistral yolu kəsilib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a KXDR təhlükəsizlik qüvvələri məlumat verib.

“Bizim bölmələrimiz Velikaya Novoselka - Uqledar avtomobil yolunu kəsdi. Onun vasitəsilə düşmən Uqledardakı dəstəsini təchiz edib və Zaporojye istiqamətindən əlavə qüvvələr köçürüb”, - təhlükəsizlik qüvvələri məlumat verib.

Onlar izah ediblər ki, yol cəbhənin bu hissəsində bir neçə əsas arteriyadan biridir. “Hazırda onların hamısı Ukrayna Silahlı Qüvvələri üçün bağlıdır”, - deyə təhlükəsizlik qüvvələri bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN