İsrail ümid etməməlidir ki, İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə cavab verə bilməyəcək.

Tezadlar.az-ın məlumatına görə, yerli “Press TV” telekanalı xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Əli Abdullahi deyib.

"Sionist rejim (İsrail – RED.) İranın bu vəhşiliyə reaksiya verməyəcəyini xəyal etməməlidir", - o vurğulayıb.

Hərbçinin sözlərinə görə, İran İsrailin addımlarına cavab vermək üçün “bütün imkanlarından” istifadə etmək əzmini artıq sübut edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, İran hakimiyyəti hər hansı düşmənçiliyə cəlb olunmaq istəmir, lakin onları təhrik etməyə çalışır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN