Sosial şəbəkələrdə Azərbaycan Respublikası vətəndaşının xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və  mükafatın gömrük ödənişlərinə cəlb olunmasını qınayan məlumatlar yayımlanıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a bildirilib ki, faktla bağlı Dövlət Gömrük Komitəsi aşağıdakıları ictimaiyyətin diqqətinə çatdırır:

Vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən “Apple” markalı qulaqlığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd etmiş və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılmışdır. Araşdırma nəticəsində məhsulun (qulaqlıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilmişdir.

Daha sonra vətəndaşın müraciəti əsasında “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilmiş və buraxılışı təmin edilmişdir.

Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmamışdır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN