Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 6-da “Ramştayn” qrupunun iclasında iştirak etmək üçün Almaniyaya gələcək və müttəfiqlərdən Kiyevə daha çox silah vermələrini xahiş edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazır.

“Almaniya müdafiə naziri Boris Pistoriusun da iştirak edəcəyi ABŞ Hərbi Hava Qüvvələrinin “Ramştayn” bazasına səfəri qeyri-adidir. İndiyədək “Ramştayn”-dəki atmosfer kifayət qədər iş yönümlü olub, lakin Zelenskinin səfəri çox güman ki, tədbirə siyasi çalar verəcək”, – nəşr yazır.

Nəşr xatırladıb ki, Ukraynanın müdafiə naziri Rustem Umerov bir neçə gündür Almaniyada rəsmi səfərdədir.

Zelenski sentyabrın 4-də Dublinə gəlib və İrlandiyanın baş naziri Saymon Harrislə Ukraynaya dəstək və iki ölkə arasında əməkdaşlığa dair saziş imzalayıb. Müqavilə çərçivəsində Dublin Kiyevə minalardan təmizləmə sistemləri verəcək və Ukrayna Silahlı Qüvvələrinə təlim keçəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN