Ukrayna Ali Radası Dmitri Kulebanı ölkənin xarici işlər naziri vəzifəsindən azad edib.

Tezadlar.az bildirir ki, “RİA Novosti”-nin deputat Yaroslav Jeleznyak-a istinadən verdiyi məlumata görə, qərarın lehinə 240 parlamentari səs verib.

Xatırladaq ki, Kuleba 2020-ci il martın 4-dən xarici işlər naziri vəzifəsini icra edir. Bir gün əvvəl Ali Radanın spikeri Ruslan Stefançuk demişdi ki, Xarici İşlər Nazirliyinin rəhbəri istefa ərizəsini təqdim edib, lakin çərşənbə günü, sentyabrın 4-də parlament buna baxmayıb. KİV-in məlumatına görə, Kuleba vəzifəsini tərk etdikdən sonra Kiyevin NATO ilə əlaqələrini gücləndirməyə çalışacaq və eyni zamanda Ukraynanın Brüsseldəki səfiri təyin oluna bilər.

Sentyabrın 3-də Vladimir Zelenski öz ofisinin rəhbərinin müavini Rostislav Şurmanı işdən çıxarıb. Daha sonra Kuleba, baş nazirin müavinləri İrina Vereşçuk və Olqa Stefanişina, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi naziri Ruslan Strelets və strateji sənaye naziri Aleksandr Kamışin istefa veriblər. Ukrayna lideri izah edib ki, 2024-cü ilin payızı Kiyev üçün “son dərəcə vacib” olacaq və buna görə də ölkənin qurumları istənilən nəticələrə nail olmaq üçün “tənzimlənməlidir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN