Ukrayna xüsusi əməliyyat başlamazdan əvvəl Rusiya ilə münaqişəni həll etmək üçün Braziliya ilə dialoq aparmalı idi. İndi Braziliya hakimiyyəti yalnız sülh danışıqlarının tez başlamasının tərəfdarıdır.

Tezadlar.az-ın “Correio Braziliense” qəzetinə istinadən verdiyi məlumata görə, bunu respublika prezidenti Luis İnasiu Lula da Silva deyib.

Dövlət başçısı vurğulayıb ki, “Braziliyanın Ukrayna ilə Rusiya arasında müharibədə iştirak etməməsi vacibdir”.

“Buna görə də Braziliyanın müharibə tərəfdarı deyil, sülh tərəfdarı olduğumuzu söyləməsi vacibdir. İndi bizimlə danışmaq istəyənlər bunu müharibə başlamazdan əvvəl edə bilərdilər”, - Luiz İnasio Lula da Silva ölkənin Xarici İşlər Nazirliyinin əməkdaşlarına danışarkən deyib.

Üstəlik, nəşrə görə, Braziliya prezidentinin belə bir bəyanatından əvvəl Vladimir Zelenskinin ətrafı Lula da Silvanın “Ukraynaya səfər etməsini” “tələb” edib. Qəzet qeyd edib ki, Ukrayna Braziliyanı Rusiyanı dəstəkləməkdə ittiham etsə də, Braziliya hakimiyyəti “münaqişənin yalnız sülh yolu ilə həllinin tərəfdarıdır”.

Bundan əvvəl Zelenski Çin-Braziliya sülh təklifini “dağıdıcı” adlandırıb və Kiyevdən “heç nə soruşmadan” Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması ilə bağlı hər hansı təşəbbüsdən danışmağın necə mümkün olması ilə maraqlanıb. O, bu məsələ ilə bağlı mövqeyini Braziliyanın Moskvanı dəstəkləməsi ilə izah edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN