Kursk sərhəd bölgəsində elektrik təchizatını bərpa edən “Rosseti Mərkəzi”nin iki əməkdaşı Vladimir Şapkov və Vladimir Lobanov Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz uçan aparatının hücumu nəticəsində yaralanıb.

Tezadlar.az bildirir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, göstərdikləri cəsarətə görə mütəxəssislər regional hökumət və rəhbərlik tərəfindən mükafatlara layiq görülüblər.

“Ukrayna Silahlı Qüvvələri Kursk sərhəd bölgəsinin mülki əhalisinin enerji təchizatını bərpa edərkən energetiklərə pilotsuz təyyarə ilə hücum edib. Elektron müharibənin təsirindən idarəetməni itirən dron hidravlik liftə dəyib. Partlayış nəticəsində mütəxəssislər müxtəlif dərəcəli qəlpə yaraları alıblar”, - məlumatda deyilir.

Aydınlaşdırılır ki, zireh energetikləri daha ağır xəsarətlərdən xilas edib, Kursk həkimləri isə zərərçəkənlərə operativ şəkildə yardım ediblər. Hazırda onların müalicəsi davam etdirilir. Mətbuat xidməti əlavə edib ki, mütəxəssislər III dərəcəli “Kursk vilayəti qarşısında xidmətlərə görə” medalları ilə təltif ediliblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN