İsrail Xarici İşlər Nazirliyi “Hizbullah” liderini Livan evlərini hərbi anbarlara çevirdiyini bildirib.

Orada  Livan sakinlərini bu binaları boşaltmağa çağırıblar.

TEZADLAR.AZ xəbər veriri ki, İsrail XİN rəhbəri İsrael Katz Livanın “Hizbullah” təşkilatının rəhbəri Həsən Nəsrullahın ölkənin mülki əhalisini “girov” götürdüyünü  bildirib.

Nazir onu Livan evlərini hərbi anbarlara çevirməkdə,  raketlər və silahlar yerləşdirməkdə ittiham edib. O, əlavə edib ki, Təl-Əviv bu reallığı dəyişdirmək üçün hər şeyi edəcək.

Katz Livan sakinlərini döyüş sursatı saxlanılan evləri boşaltmağa çağırıb. Nazir vurğulayıb ki, ölkənin şimalından təxliyə edilənlər vətənə qayıdana qədər İsrail öz hərəkətlərini davam etdirəcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN