Cənub Dairə Hərbi Məhkəməsi 2005-ci ildə Çeçenistanda törədilən terror aktı işi üzrə Basayevin dəstə üzvləri Najmudin Dudiyev və İbrahim Donaşev barəsində hökm çıxarıb.

Tezadlar.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

2005-ci ilin iyulunda Dudiyev, Donaşev və digər dəstə üzvləri Novoşçedrinskaya kəndində rus milliyyətindən olan şəxsi qaçıraraq qətlə yetiriblər. Silahlılar Znamenskoye kəndindəki yaşayış binalarının yaxınlığında əvvəllər oğurlanmış hərbi geyimli kişinin cəsədi olan əldəqayırma partlayıcı ilə doldurulmuş maşını saxlayıblar.

Silahlılardan biri hüquq-mühafizə orqanlarının əməkdaşlarının və yerli sakinlərin diqqətini cəlb etmək üçün avtomobilə atəş açıb, daha sonra partlayıcı qurğu işə salınıb.

Terror aktı nəticəsində 15 nəfər ölüb, 36 nəfər yaralanıb.

Məhkəmənin hökmü ilə Dudiyev 24 il müddətinə azadlıqdan məhrum edilib, o, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Donaşev isə ciddi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əvvəl, sentyabrın 16-da Cənub Dairə Hərbi Məhkəməsi Basayevin dəstəsinin digər üzvü Alavdi Batıkayevə hökm oxuyub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA