1999-cu ildə İrkutskda iki nəvəsini öldürən nənə cinayət törədildikdən 25 il sonra tutulub.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə İdarəsi məlumat yayıb.

İdarənin məlumatına görə, 1999-cu ilin sentyabrında İrkutsk şəhərinin Trilissera küçəsindəki mənzildə zorakılıqla ölüm əlamətləri olan iki azyaşlı uşağın cəsədi tapılıb. İstintaq zamanı məlum olub ki, qətldə uşaqların nənəsinin əli olub. Lakin qadın qaçıb və axtarışa verilib.

Nənə olduqca prozaik şəkildə tutulub - 2024-cü ilin avqustunda pasportunu bərpa etmək üçün ərizə ilə Simferopol polis şöbəsinə gəlib. Polis eyni şəxsi məlumatlara malik vətəndaşın 1999-cu ildən nəvələrini qətlə yetirdiyinə görə axtarışda olduğunu öyrənərək 77 yaşlı qadını tez bir zamanda üzə çıxarıb.

Yeni hallarla əlaqədar genetik ekspertiza təyin edilib və aparılıb və bu zaman məlum olub ki, məhz bu qadın nəvələrinin qətlinə görə axtarışa verilib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə 1999-cu ildə iki azyaşlının həddindən artıq amansızlıqla qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işi üzrə istintaq bərpa edilib. Qadın saxlanılıb. Araşdırmalar davam edir, digər təfərrüatlar dəqiqləşdirilir.

Bundan əvvəl Sankt-Peterburqda 1994-cü ildə törədilən qətldə şübhəli bilinən şəxsin saxlanıldığı da bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA