Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq. TEZADLAR.AZ xəbər veriri ki, bunu iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputat diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin noyabrın 1-dək təkliflərini təqdim edəcəyi, həmçinin növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələrin davam etdiriləcəyi və maliyyə yükünü hesablanacağı gözlənilir.
Bəs, pensiya və maaş ilə bağlı yanaşı digər hansı ödənişlər artırıla bilər? - sualına isə deputat belə cavab verib:
"Gələn ilin büdcə sənədinə əsasən, gələn dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn il sosial xərclər 14 faiz artırılacaq".
Vüqar Bayramov vurğulayıb ki, ilkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də, əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir.
Onun sözlərinə görə, gələn il sosial paketin dərinləşməsi prioritet olacaq
"Yəni, sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir.
Büdcənin ilkin parametrləri göstərir ki, 2025-ci ildə sosial paketin dərinləşməsi prioritet olacaq. Konkret artımlar ilə bağlı bütün məlumatların isə büdcə müzakirələri zamanı təqdim olunacağı gözlənilir", - deyib.
Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA