Primorsk diyarının Volno-Nadejdinskoye kəndində “Toyota Lite Ace” markalı yük maşınının “Toyota Prius” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə vilayət prokurorluğunun Telegram kanalında məlumat verilib.

““Toyota Lite Ace” markalı yük maşınının 1945-ci il təvəllüdlü sürücüsü Anisimova küçəsində idarə olunan yolayrıcında dönərkən Özbəkistan Respublikası vətəndaşının idarə etdiyi “Toyota Prius” markalı avtomobillə əks istiqamətdə toqquşub”, – şöbədən bildiriblər.

Yük maşınının sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Minik avtomobilində olanlardan heç kim xəsarət almayıb.

Prokurorluq ölümlə nəticələnən qəzanın bütün hallarını aydınlaşdırmaq üçün araşdırma təşkil edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA