İsrailin Suriya və Livan sərhədində yerləşən Məsnaa keçid məntəqəsinə endirdiyi zərbələr nəticəsində Dəməşq-Beyrut beynəlxalq magistral yolunda nəqliyyatın hərəkəti dayandırılıb.

Tezadlar.az bildirir ki, “RİA Novosti” bu barədə Livanın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən xəbər verir.

Zərbələrin Livanın nəzarət-buraxılış məntəqəsi binalarından 100 metr aralıda həyata keçirildiyi məlum olub. Agentliyin həmsöhbətinin sözlərinə görə, İMQ magistralda nəqliyyatın hərəkətini dayandırmaq üçün hücuma keçib.

Qeyd edək ki, oktyabrın 3-də İsrail aviasiyası Beyrutun cənub ətraflarında “Hizbullah” hədəflərinə dörd hava zərbəsi endirib. Bundan əvvəl İsrail Livan paytaxtının mərkəzi ərazisinə hücum etmişdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN