booked.net booked.net  

Xəbər verildiyi kimi, son vaxtlar sosial şəbəkələrdə zərərli dini təbliğat aparan, dini motivli çağırışlar edən, təxribat xarakterli davranışlara səsləyən müxtəlif videolar yayımlanır.

Həmin videolarda çıxış edən, özünü "Hüseyn aşiqi", "Zeynəbçi" kimi təqdim edən qadının erməni olduğu üzə çıxıb. Belə ki, bir neçə il öncə mediada onunla bağlı araşdırma yayımlanıb. Bildirilib ki, mömin görkəmli bu qadın nə mömindir, nə Həcc ziyarətində olub, nə də azərbaycanlıdır. Bu qadın, əslində, erməni Marietta Vartanyandır.

Qeyd edək ki, Marietta Vartanyan (Kərimova) 1952-ci il martın 10-da Qazax şəhərində, erməni ailəsində doğulub. Anası erməni, atası isə kürd Məhərrəm Kərimov olub. Mariettanın atası ilə anası ayrılıb, bundan sonra o, erməni anası ilə İrəvana gedib. Anası orada ərə gedəndən sonra Bakıya qayıdan Marietta burada təhsil alıb. Eyni zamanda, Cəfər Cabbarlı adına adına İrəvan Dövlət Dram Teatrında işləməyə başlayıb. Marietta teatrda baş inzibatçı vəzifəsində çalışan, "Daşnaksütyun"a xüsusi rəğbəti ilə tanınan Vrej Vartanyanla ailə həyatı qurub.

O, Armen və Arsen adlı iki oğlu, Diana adlı qızını qatı osmanlı türkü, azərbaycanlı düşməni kimi böyüdüb. Marietta oğlanları Armenlə Arseni Dağlıq Qarabağa döyüşlərə göndərib və övladları döyüşdə yaralandıqdan sonra Azərbaycana nifrəti daha da artıb.

Bundan sonra Vartanyan Ermənistanda fəaliyyət göstərən "Talışıstan tv" və "Ozode Tolışstoni Sədo"da özünü "İlhamə Cəfərzadə" kimi təqdim edərək, təxribatla məşğul olub. Ancaq "maskası yırtılan aktrisa" bir müddət ortalıqda görünməyib. Ta ki özünü "Hüseyn aşiqi" kimi göstərənədək.

O, son günlər videoların birini "Xəbərdarlıq" başlığı ilə yayımlayıb və görüntülərdə İranı təbliğ edib: "Bu milləti aldatma. İranı bunlara düşmən göstərib, insanları İrana söydürməklə elə bilmə ki, nəsə qazanırsan. Bu müvəqqətidir".

Yeri gəlmişkən, onu da qeyd edək ki, neçə gün öncə şəhid məzarında dini təbliğat aparan qadının da o olduğu üzə çıxıb.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti məsələyə dərhal reaksiya verib və təxribatçı çağırışlarla bağlı xəbərdarlıq edib: "Cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaq".

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN