İstintaq binanın çökmə səbəbini təmir zamanı ciddi qanun pozuntularının olması ilə əlaqələndirir.

Batumidə yaşayış binasının uçmasına görə saxlanılan ev sahibi Batumi sakini Zaur Budaqovdur. 

Artıq yaşayış binasının çökməsi ilə bağlı 3 nəfər saxlanıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Gürcüstan KİV-nin məlumatına görə, saxlanılan şəxslərdən biri, çökən binanın 1-ci mərtəbəsində yerləşən mənzilin sahibi Zaur Budaqovdur, digər iki nəfər isə həmin mənzildə təmir işləri aparan ustalar olub. Məlumata əsasən, Zaur Budaqov 4 oktyabr 2021-ci ildə zirzəmi və mənzili birləşdirmək icazəsi ilə Dövlət Reyestrinə müraciət edib, lakin müraciətə cavab gəlmədən o, təmir işlərinə başlayıb. İstintaq binanın çökməsinə səbəb təmir zamanı ciddi qanun pozuntularının olmasının səbəb olduğunu ehtimal edir. 

Nazirlik birinci mərtəbədə yerləşən mənzil sahibinin göstərişi ilə təhlükəsizlik qaydaları kobud şəkildə pozularaq tikinti və təmir işləri aparıldığını və bu səbəbdən həmin binanın çökdüyünü bildirir. Faktla bağlı, 2 ildən 10 ilədək həbs cəzasını nəzərdə tutan Cinayət Məcəlləsinin 240 və 187-ci bəndləri ilə cinayət işi açılıb.

Xatırladaq ki,  Batuminin 26 May küçəsində yerli vaxtla saat 12:00 radələrində yeddimərtəbəli yaşayış binasının bir hissəsi çöküb. Axtarış-xilasetmə işlərinə 300-dək xilasedicinin cəlb edildiyi bildirilir. Xilasedicilər  Batumidə yaşayış  binasının dağıntıları altından daha bir ana və uşağının meyitini çıxarıb.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda 11 oktyabr matəm günü elan olunub. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu barədə müvafiq qərar imzalayıb.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN