ABŞ-ın Nyu-York ştatında “App Store” mağazasının mühafizəçisi naməlum müştəri tərəfindən bir neçə dəfə bıçaq xəsarəti alıb.

Bu barədə yerli polisin açıqlamasında bildirilib.

Mühafizəçinin müştəriyə mağazaya daxil olarkən maska taxmaq xəbərdarlığı ikincinin narazılığına səbəb olub və aralarında mübahisə yaranıb.

Polisin məlumatına görə, sonradan mağazaya qayıdan naməlum müştəri "iti bir əşya" çıxarıb mühafizəçiyə bir neçə dəfə zərbə endirib. Zərərçəkən yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hazırda polis şübhəli şəxsi axtarır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN