Oktyabrın 11-də Gürcüstanın Azərbaycandakı səfirliyində matəm tədbiri keçirilib.

Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

"TEZADLAR.AZ" xəbər verir ki, bu barədə 24News.ge xəbər portalına diplomatik nümayəndəlikdən məlumat verilib. Gürcüstan səfiri Zurab Pataradze diplomatik korpus adından həlak olanların ailələrinə başsağlığı verib: “Batumi şəhərində baş vermiş faciə bütün Gürcüstanı kədərləndirdi. Ölənlərin, hər biri üçün, xüsusən də uşaqlara görə kədərlənirik. Onların ailələrinə başsağlığı verir və onlarla birlikdə dua edirik. Gürcüstan üçün bu çox çətin günlərdə dərdimizi səmimi olaraq bölüşən və başsağlığı verən hər kəsə minnətdarıq. Bu kədərimizi bizimlə bölüşdükləri və dəstək olduqları üçün Azərbaycan hökumətinə və sadə vətəndaşlara təşəkkür edirəm”, - deyə Z. Pataradze qeyd edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN