Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusdan sağalıb.

Bu barədə mətbuata partiya sədri özü məlumat verib.

Hazırda ev şəraitində müalicəsini davam etdirən Hafiz Hacıyev özünü yaxşı hiss etdiyini deyib: “Doğrudur, tam yaxşı deyiləm, müalicə davam edir, oksigenlə dəstək alıram”.

H.Hacıyev danışmaqda çətinlik çəksə də, onun koronavirusa yoluxmasına sevinənlərə cavab verməkdən geri qalmayıb: “Danışa bilmirəm. Allaha tapşırıram hamısını. Kim nə edir, Allah qarşısında cavabdehdir. Bu dünyada olmasa da, o biri dünyada cəzasını alacaq”.

Partiya sədri koronavirusla mübarizədə fədakarlıq göstərən həkimlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Mərkəzi Gömrük Hospitalında müalicə alırdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN