“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin direktoru İlham Mustafayev vəzifəsindən azad edilib.

Bununla bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədr əvəzi Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, o, bu vəzifəyə 1 il əvvəl təyinat almışdı.

Şirvan RMX-dan bildirilib ki, xəstəxananın direktoru İlham Mustafayevlə bağlanmış əmək müqaviləsinin müddəti bitib, onunla yeni müqavilə bağlanmayıb.

Xəstəxanaya yeni direktor təyin olunmadığı da qeyd olunub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN