Bakı Ağır Cinayətlər Məhkəməsi Vətən müharibəsi iştirakçısı barədə humanist qərar qəbul edib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə azadlıqdan məhrum edilən Kərimzadə Tunar Famiz oğluna hökm oxunub.

Hökmə əsasən, Vətən müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən şəxs barəsində 3 il şərti azadlıqdan məhrum etmə cəzası təyin olunub və o məhkəmə zalından azadlığa buraxılıb.

Hakim Əfqan Hacıyev təqsirləndirilən şəxsə gələcək həyatında uğurlar arzu edərək qanuna zidd əməllərdən uzaq olmağı arzu edib.

Tunar Kərimzadə humanist qərar qəbul etdiyi üçün məhkəmə heyətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tunar Kərimzadə müharibədən sonra "Laçının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN