Saakaşvilinin aclıq aksiyası keçirməsi ilə bağlı hakimiyyət maraqlı detalları üzə çıxarıb. "41-ci gün deyil də, 37-ci gün aydın oldu ki, Saakaşvilinin aclıq aksiyası bir yalan imiş".

Belə bir açıqlamanı "Gürcü Arzusu"nun liderlərindən Mamuka Mdinaradze, Ədliyyə nazirinin Saakaşvilinin sıyıq yemək yeməsi ilə bağlı bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, Saakaşvilinin aclıq aksiyası saxtadır: "Daha bir yalan üzə çıxdı! Yəqin ki, saxta aclığa çox nadir rast gəlmisiniz və bunu başqa yalanların əsas təşkilatçısı vasitəsi ilə də gördük. Ötən gün barədə danışırdım, onsuz da bu addım gözlənilirdi. Bir neçə gün bundan əvvəl Saakaşvilinin aclığının 41-ci gününü gözlədiyimi, bu vaxt onun yenə də sağlam olacağını və gülünc hala düşəcəyini demişdim, lakin 41-ci gün deyil də, 37-ci gün aydın oldu ki, onun aclıq aksiyası bir yalan imiş", - deyə Mdinaradze bildirib.
 Ədliyyə Nazirliyinin belə bir açıqlamasından sonra Mixeil Saakaşvili qəbul etdiyi təbii şirə və tibbi dərmanların qəbulunu da dayandırıb. Müxalifət isə Saakaşvilinin həbsdən azad edilməsi üçün ciddi çalışır, lakin hakimiyyət kompromisə getmək fikrində deyil...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN