Eks prezident Mixeil Saakaşvilinin həbsxanada çəkilən kadrlarını qanunsuz olaraq yayımlandığına görə

Ədliyyə Nazirliyi və Penitensiar Xidmət, Dövlət Müfəttişlik Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb edilib. "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Dövlət Müfəttişlik Xidməti məlumat yayıb. Xidmətin məlumatına əsasən, Gürcüstanın Ədliyyə Nazirliyi “Fərdi məlumatların mühafizəsi haqqında” Gürcüstan qanununun 44-cü maddəsini pozduğuna görə 500 lari, Penitensiar Xidmət isə 2 000 lari dəyərində cərimələnib. Dövlət Müfəttişlik Xidməti, həmçinin, Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə Mixeil Saakaşvilinin şəxsi məlumatlarını əks etdirən görüntüləri Facebook-dan, eləcə də rəsmi saytlardan silməyi tapşırıb. Xatırladaq ki, Dövlət Müfəttişliyi eks prezident Mixeil Saakaşviliyə qarşı həbsxanada qeyri-insani rəftarın ola biləcəyi ilə bağlı 9 noyabr tarixində istintaq başladıb.

Hazırda isə Saakaşvilinin məhkəməsi davam etdirilir, müxalifət onun dərhal azad edilməsini, hakimiyyət isə səbr etməyi tələb edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN