Nigeriyada yük maşını məktəbliləri vurub, hadisə nəticəsində 17 məktəbli ölüb.

"Vanguard" qəzetinin verdiyi xəbərə görə, hadisə dekabrın 7-də Nigeriyanın ən böyük şəhəri Laqosda baş verib.

Bildirilib ki, hadisə Oqba-Ojodu Berger yolundakı Ojodu məktəbinin avtobus dayanacağında baş verib. Belə ki, Dövlət Trafik İdarəetmə Agentliyinin (LASTMA) rəsmiləri tərəfindən təqib edildiyi bildirilən yük maşını məktəbdən qayıdan məktəbli uşaqları vurub, nəticədə 17 məktəbli ölüb, bir neçə nəfər xəsarət alıb.

Kütlə asayiş keşikçiləri tərəfindən saxlanılan sürücünü linç etməyə çalışıb. onun yük maşını yandırılıb.
İlkin məlumata görə, hadisə yük maşını sürücüsünün təqib zamanı idarəetməni itirməsi səbəbindən baş verib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN