Oğuz rayonunun Tayıflı kənd sakini Xəlilov Elmir Elməddin oğlu ölkə başçısına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

Mən - Elnur Xəlilov Oğuz rayonunun Tayıflı kənd sakini olaraq bu kənddə yaşamış və Vətənin müdafiəsində vətəndaşlıq borcumu ləyaqətlə yerinə yetirmişəm. Adi taksi sürücüsüyəm. Bldirmək istəyirəm ki, doğma Oğuz rayonunda mənim kimi sadə insanlara qarşı yerli məmurların etinasız davranışlarını, süründürməçiliyini, rüşvətxorluğunu görəndə məyus oluram. Axı biz vətənimizi ona görə qorumamışıq ki, özlərini məmur hesab edən bəzi adamlar kimlərəsə axaralanıb millətin başına min bir oyun açsınlar.

Belələrindən biri də Oğuz rayonunun Tayıflı kəndində sakinlərə qarşı öz maddi maraqlarından yanaşaraq ayrı-seçkilik edən kənd 70 yaşlı icra nümayəndəsi Nəbiyev Qamət İsmayıl oğludur. O, öz vəzifə səlahiyyətlərindən süi-istifadə edərək, kənd sakinlərinin başına olmazın oyunlarını açır.

Belə ki, vətəndaşa lazım olan mülkiyyət sənədinin alınması və s. işlərin görülməsi üçün sakinlərdən bəri başdan rüsum adı altında külli-miqdarda (1 otaqlı ev üçün 5000 manat) pul istəyir, sonra işini düzəldir. İllər uzunu vətəndşları süründürməçiliyə salmaqla aldığı rüşvəti və mənimsədiyi pullarla özünə mülklər alır. Məsələn, Şirvanlı, Qumlax və Tayıflı sakinlərinə adi bir arayışın verilməsi üçün 30-40 manat rüsum adı altında pul alır. Biz də dəflərlə məcbur olub bu pulu verib almışıq arayışlarımızı. Amma Azərbaycanın istənilən kəndində belə özbaşnalığa yol verilmir. Ən çox 2-5 manat rüsum haqqı alırlar. Kəndlərimizdə evlərin sənədləşməsi üçün 5000 manat istəyir. Ona görə də kənddə 95 faiz evin sənədi yoxdur. Və bundan süi-istifadə edərək əvvəlcə deyir ki, yox, mən sənədsiz evə görə arayış verə bilmərəm və s. cəfəng bəhanələr. Budur, kimsə təzə tikib yaşamaq istədiyi mənim kimilərdən qaz, işıq xəttinin çəkilməsi üçün ayrı-ayrılıqda 30 manat pul alıb və sonra arayışları vermişdir. İndi də arayış lazımdır. Deyir, ümumiyyətlə, vermirəm sizə arayış. 30 manata da yaxın durmur. Bilmirik nə edək. Səbəb soruşanda deyir ki, kefim belə stəyir. İndi oturub gözləyirik ki, Nəbiyev Qamətin kefi nə vaxt istəyəcək ki, işi düzəltsin. Kimin evində bir problem olub müraciət etsə, kobud cavab verir ki, mən gəlməliyəm qapına? Bu adamın pensiya vaxtı çoxdan çatsa da, arxlandığı adama güvənib yenə vəzifəsini yarıtmazlıqla davam etdirir. Sakinlərin şikayətlərinə də baxan yoxdur. Qamət Nəbiyev “Kəndxudanı gör, kəndi çap” prinsipilə işləyir. O, öz əməlləri ilə dövlətçiliyə qarşı narazılıq yaratmağa çalışır".

İddialarla bağlı maraqlı tərəflərin də mövqeyini dərc hazırıq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN