«Eldar Həsənovun əsl dostları bu gün də yanımızdadır…»

Səbinə Hüseynova: «Əsas odur ki, ictimai rəy də atamın günahsız olmasına köklənibdir, hamı bilir ki, o, dövlətinə və Prezidentinə həmişə sadiq olub, elə də qalır…»

Hazırda həbsdə olan sabiq baş Prokuror, Azərbaycanın Serbiyadakı sabiq səfiri Eldar Həsənovun qızı, hüquq üzrə fəlsəfə doktoru  Səbinə Hüseynova «Təzadlar»ın Baş redaktoru, Avropa Jurnalistlər Federasiyasının üzvü Asif Mərziliyə geniş müsahibə verib...  Müsahibədə Eldar Həsənovun həbsi ilə bağlı inanılmaz fakt və məlumatlar yer alıb... Müsahibədə hər kəsi düşündürən suallara cavablar verilib:

- Səbinə xanım, əvvəlcə özünüz barədə: peşəniz, hazırda işlədiyiniz sahə və s. haqqında nə deyə bilərsiniz?

-Hüquq elmləri üzrə fəlsəfə doktoruyam,  Türkiyədə 20 ildir ki, ailəmlə birlikdə yaşayıram.  Bir Türk şirkətində uzun illərdir idarə heyəti sədrinin müavini vəzifəsində çalışıram. Beynəlxalq iqtisadi əlaqələr sahəsinə nəzarət edirəm… 

-Ali Baş Komandan, Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya “Açıq məktub”larınızdan xəbərdarıq. Reaksiyalar oldumu? Oldusa, necə oldu?

(Müsahibənin tam mətnini "Təzadlar"ın sabahkı sayında oxuya bilərsiniz). Suallar isə çoxdur:

- Atanız tanınmış və nüfuzlu şəxsdir. Belə statuslu şəxslərə qarşı hansısa oxşar addım atılanda hamı düşünür ki, ortada nəsə qaranlıq suallar var. Sizə görə bu qaranlıq suallar hansılardır?

-İctimai rəy belədir ki, ortada siyasi bağlılığı olan suallar var: bu nə ola bilər sizcə? Həm də sual yaranır: daim dövlətçiliyi sevən, Prezidentinə sadiq olan bir səfir nə edə bilər ki, ona qarşı belə addım atılır? Siz necə düşünürsünüz?

- Amma ictimai rəy həm də ona köklənib ki, hələ 1997-98-ci illərdə Eldar Həsənovla münaqişədə olan məmurların bu işdə rolu var. Özünün məhkəmədəki çıxışında da bu barədə vurğulanıb. Həmin hələ də “ayıq” qüvvələr ən yuxarı səviyyədə aravuran informasiya daşıyıcısı kimi görünür. Onlar E.Həsənovu nədə günahlandıra bilərdilər ki?! Bu barədə sizin nəsə bilginiz, qənaətiniz, şübhəniz nədir?

-  Səbinə xanım, mən bir dəfə yazmışdım: vəzifədə olanda E.Həsənovun əllərindən öpməyə hazır olanların bu məhkəmə prosesində və ya istintaq vaxtı səsi çıxmırdı. Bəlkə onların səsini biz eşidə bilmirdik?!

- Dost dar gündə tanınar! Eldar Həsənovun dostları bu dar gündə necə tanınır?

(Və sair...)

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN